Ramos PSJ-dən ayrıla bilər

22:30 - 1 Yanvar 2023

PSJ-nin futbolçusu Serxio Ramos komandadan ayrıla bilər. 

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisi 36 yaşlı ispaniyalıya yeni müqavilə təklif edib-etməyəcəyini qətiləşdirməyib. 

Bu isə o deməkdir ki, təcrübəli futbolçu digər klublarla danışıqlar apara bilər. 

Ramos 2021-ci il iyul ayında PSJ ilə 2 illik müqavilə imzalayıb.

 

Xəbər xətti