"Milan" Paraqvaydan qapıçı gətirdi

12:17 - 2 Yanvar 2023

"Milan" kolumbiyalı qapıçı ilə müqavilə imzalaya bilər.

Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, "rossonyerlər" Devis Vaskesi heyətinə qatmaq istəyir. 

Kolumbiyalı qolkiper tibbi müayinədən keçmək üçün İtaliya yollanıb. 

24 yaşlı qapıçı Kolumbiyada “Kortulua”, “Patriotas”, “La Equidad” klublarında oynadıqdan sonra 2020-ci ildən “Quarani”nin qapısını qoruyurdu.

O, tibbi müayinədən uğurla keçərsə, "Milan" 5 illik müqavilə imzalayacaq.

Xəbər xətti