Yığmamızın sabiq üzvü komandasından ayrıldı - FOTO

12:39 - 2 Yanvar 2023

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Hüseyin Seyliğli məxsus olduğu klubla müqaviləsini pozub.

Sportal.az xəbər verir ki, müdafiəçi son olaraq "Artvin Hopaspor"da çıxış edirdi.

O, Artvin təmsilçisinin heyətində qalmaq istəməyib.

Buna görə də komandadan ayrılıb. Futbolçu bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Yığmamızın sabiq üzvünün karyerasına harada davam edəcəyi hələ ki, dəqiq deyil.

 

Xəbər xətti