"Latsio" aparıcı oyunçusuna qovuşdu

13:37 - 2 Yanvar 2023

"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç kollektivlə məşqləri bərpa edib.

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, serbiyalı futbolçu topuğundakı zədəsini sağaldıb.

Yarımmüdafiəçinin "Leççe" önünə çıxacağı gözlənilir. 

Xatırladaq ki, “Leççe” – “Latsio” görüşü İtaliya A seriyasının 16-cı turu çərçivəsində yanvarın 4-də keçiriləcək.

 

Xəbər xətti