"Kəpəz" Macarıstan və Serbiya klublarına qarşı

14:04 - 2 Yanvar 2023

Antalyaya yollanacaq "Kəpəz"in təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblər müəyyənləşib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də baş tutacaq ilk görüşdə “sarı-göylər” Macarıstanın MTK Budapeşt kollektivi ilə üz-üzə gələcəklər.

Bundan iki gün sonra Tərlan Əhmədovun yetirmələri Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaqlar.

Ayın 18-də reallaşacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.

Xəbər xətti