“Aston Villa” İngiltərə milli komandasının qapıçısı Cordan Pikfordu heyətinə qatmaq istəyir.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Everton”un qapısını qoruyan qolkiper özü də iş yerini dəyişmək niyyətindədir.
Birmingem təmsilçisinin baş məşqçisi hazırkı qolkiper Emiliano Martinezin üstün keyfiyyətlərinə baxmayaraq, onun xarakterindən narazıdır.
Buna görə də, Pikfordun komandaya cəlb edilməsinin rəhbərlikdən xahiş edib.
28 yaşlı qapıçının "Everton"la müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədədir.
