“Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabat İtaliya klubunda qalacaq.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Florensiya klubu mərakeşli üçün gələn bütün təklifləri geri çevirib.
Amrabatın "Liverpul"un maraq dairəsində olduğu və hətta qışda Mersisayd klubuna keçə biləcəyi iddia edilirdi.
26 yaşlı futbolçu "Utrext", "Feyenoord", "Brügge", "Verona"da oynadıqdan sonra, 2020-ci ildə "Fiorentina"ya keçib.
saytlarin hazirlanmasi
