"Atletiko" legionerinə yeni müqavilə təklif etdi

15:49 - 2 Yanvar 2023

“Atletiko” yarımmüdafiəçisi Joffri Kondoqbianı buraxmaq istəmir.

Sportal.az “TMW”a istinadən xəbər verir ki, Madrid klubu adıçəkilən futbolçunun müqavilə müddətini uzatmaq niyyətindədir.

Madrid klubu 29 yaşlı futbolçuya yeni iki illik müqavilə təklif edib. 

Kondoqbia bu mövsüm La Liqada 12 oyuna çıxıb.

​Mərkəzi Afrika Respublikası millisinin üzvü “Lans”, “Sevilya”, “Monako”, “İnter” və “Valensiya”da oynadıqdan sonra 2020-ci ildə “Atletiko”ya keçib.

 

Xəbər xətti