Fransanın "Lion" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Rusiyanın "Zenit" klubundan Deyan Lovreni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı mərkəz müdafiəçisi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Lion" xorvatiyalı futbolçu üçün Sankt-Peterburq təmsilçisinə 2 milyin avro ödəyib.
Qeyd edək ki, "Zenit" Deyan Lovreni 2020-ci ilin yayında "Liverpul"dan transfer etmişdi. Xorvatiya millisinin üzvü cari mövsümdə Rusiya klubunun heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
