Bundesliqa klubu alman müdafiəçi transfer etdi

16:58 - 2 Yanvar 2023

Almaniyanın "Bohum" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubu "Frayburq"dan Keven Şlotterbeki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

25 yaşlı mərkəz müdafiəçisi mövsüçün sonunadək icarə əsasında "Bohum"da çıxış edəcək.

 

Qeyd edək ki, "Frayburq" Keven Şlotterbeki 2020-ci ilin yayında "Yunion Berlin"dən transfer edib. Alman müdafiəçi cari mövsümdə komandanın heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti