"Əl-Nəssr" Messini transfer etmək istəyib

17:30 - 2 Yanvar 2023

Səudiyyə Ərəbistanın "Əl-Nəssr" klubunun baş məşqçisi Rudi Qarsiya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis Kriştiano Ronaldodan əvvəl argentinalı futbolçu Lionel Messini transfer etmək istədiklərini deyib:

 

"Ronaldo? Əvvəlcə Messi ilə müqavilə imzalanmasını istəyirdim. Həqiqətən... Şəxsən Leonu Qətərdən bura gətirməyə çalışdım".

 

Qeyd edək ki, Kriştiano Ronaldo "Əl-Nəssr"lə 2,5 illik müqavilə imzalayıb.

Xəbər xətti