"Çelsi" dünya çempionunu transfer edəcək

17:53 - 2 Yanvar 2023

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Aleksis Mak Allisterlə maraqlanır. Bu barədə "The Atletic" nəşri məlumat yayıb. "Çelsi" argentinalı dünya çempionu üçün 35-40 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, Alkesis Mak Allister cari mövsümdə "Brayton"un heyətində Premyer Liqada meydana çıxdığı 14 matçda 5 qol vurub. 24 yaşlı futbolçu DÇ-2022-də isə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti