Bütün ölkələrdə Pelenin adını daşıyan stadion olacaq

18:28 - 2 Yanvar 2023

Dünyanın bütün ölkələrində əfsanəvi braziliyalı futbolçu Pelenin adını daşıyan stadion olacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib. Qurum rəhbəri bildirib ki, FIFA-ya üzv olan bütün ölkələrdən bir stadiona Pelenin adının verilməsini istəyəcək.

 

Qeyd edək ki, üçqat dünya çempionu olan Pele 29 dekabr tarixində bağırsaq xərçəngindən dünyasını dəyişib.

Xəbər xətti