Almaniyalı hücumçu Bundesliqada klubunu dəyişdi

20:55 - 2 Yanvar 2023

Almaniyanın "Köln" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Herta"dan ayrılan Devi Zelkeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Köln" 27 yaşlı hücumçu ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Devi Zelke "Herta"ya 2021-ci ilin yayında "Verder"dən keçmişdi. Almaniyalı forvard cari mövsümdə Bundesliqada meydana çıxdığı 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti