Almaniyanın "Hoffenhaym" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransa "Nitsa"sından Kasper Dolberqi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Hoffenhaym" danimarkalı hücumçunu mövsümün sonuna kimi icarəyə götürüb. Klublar arasında iomzalanan müqavilədə satınalma maddəsi yer alıb.
Qeyd edək ki, "Nitsa" Kasper Dolberqi 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. 25 yaşlı forvard mövsümün ilk yarısını icarə əsasında "Sevilya"da keçirib. O, La Liqa klubunun heyətində meydana çıxdığı 8 rəsmi matmda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
