İtaliyada klubunu dəyişdi

10:50 - 3 Yanvar 2023

"Sampdoriya"nın hücumçusu Françesko Kaputo "Empoli"yə keçib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Genuya təmsilçisi 35 yaşlı futbolçunu 2023-cü il iyunun 30-na qədər icarəyə götürüb. 

Müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə “Empoli”nin satınalma variantı da var.

Kaputo bu mövsüm “Sampdoriya”nın heyətində 17 oyuna çıxıb və 2 qol vurub.

35 yaşlı hücumçu “Toritto”, “Bari”, “Siena”, “Salernitana”, “Sassuolo” klublarında çıxış edib. 

Xəbər xətti