Premyer Liqa klubu milli üzvünü transfer etdi

14:06 - 3 Yanvar 2023

İngiltərənin "Lids Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Zaltsburq"un müdafiəçisi Maksimilian Vöberi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Lids Yunayted" avstriyalı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. İngiltərə klubunun 24 yaşlı futbolçu üçün qarşı tərəfə 10 milyin avro ödədiyi bildirilir.

 

Qeyd edək ki, "Zaltsburq" Maksimilian Vöberi 2019-cu ilin yayında "Sevilya"dan transfer etmişdi. Avstriya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti