Məşhur hücumçu Türkiyə klubunda

14:25 - 3 Yanvar 2023

Türkiyənin "Adana Demirspor" klubu heyətini ulduz futbolçu ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, söhbət braziliyalı hücumçu Halkdan gedir. Super Liqa təmsilçisi 36 yaşlı forvardın transferi ilə bağlı onun klubu "Atletiko Mineyro" ilə bütün şərtləri razılaşdırıb. Bu barədə İHA məlumat yayıb.

 

Braziliya millisinin keçmiş üzvü Türkiyədə transfer pəncərəsi açıldıqdan sonra Adana klubu ilə rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Halk 2021-ci ilin fevral ayından "Atletiko Mineyro"da çıxış edir. Təcrübəli oyunçu A Seriyası klubunun heyətində meydana çıxdığı 114 matçda 65 qol vurub, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti