Dino Ndlovu Türkiyəyə qayıtdı

16:11 - 3 Yanvar 2023

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını yenidən Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı hücumçu "Boluspor"la anlaşıb. 32 yaşlı forvard sabah Türkiyəyə gedərək tibbi müayinədən keçdikdən sonra I Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Dino Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022 mövsümünü Türkiyənin "Kocaelispor" klubundan keçirib. Dinonun son klubu isə Çin "Çanqçun"u olub.

Xəbər xətti