Millimizin rəqibi üçün iki tanınmış məşqçi

17:20 - 3 Yanvar 2023

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika seçməsinin baş məşqçisi postuna namizədlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ı ya Rafael Benites, ya da Andre Villaş-Boaş çalışdıracaq. Belçika Futbol Federasiyası qarşıdakı günlərdə yekun qərarını açıqlayacaq.

 

Qeyd edək ki, millimiz Belçika yığması ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

Xəbər xətti