Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya “Dinamo”sundan ayrılmayacaq.
Sportal.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib.
Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib:
“Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil. O, müqavilə ilə “Dinamo”ya məxsusdur və burda qalacaq”.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralından “Dinamo”da çıxış edir.
saytlarin hazirlanmasi