Bolqarıstanın “Ludoqorets” klubunun müdafiəçisi Son ölkə çempionatında “Arda” üzərində qələbəni (5:1) şərh edərkən, “Qarabağ”a qarşı Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turundakı oyuna da toxunub.
Sportal.az “Sportal.bg” portalına istinadən xəbər verir ki, Razqrad təmsilçisinin ispaniyalı futbolçusu, tam adı Fransisko Xavyer Hidalqo olan müdafiəçi Bakıda keçiriləcək oyunla bağlı bunları deyib:
“Qələbə qazanmaq bizim üçün çox vacib idi. Çünki son bir neçə matçda öz oyunumuzu tapa bilmirdik. Biz yaxşı oyun nümayiş etdirdik. Bu da komandaya lazım idi. “Qarabağ”la oyuna qədər nəyi yaxşılaşdırmaq lazım olduğunu bilirik. “Qarabağ”ın güclü olduğunu biz də bilirik. Bu komanda güclü rəqibdir. Hər şeyə hazırıq”.
"Qarabağ" - "Ludoqorets" matçı avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.