Bolqarıstanın "Ludoqorets" klubunun müdafiəçisi Olivye Verdon Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı bu gün Bakıda keçiriləcək ilk oyunla bağlı fikirlərini bildirib.
Sportal.az “topsport.bg” portalına istinadən xəbər verir ki, beninli bu gün keçiriləcək oyun haqda bunları deyib:
"Qələbə qazanmaq həmişə daha yaxşıdır. Cavab matçının Razqradda baş tutacağını bilirik. İlk oyunda heç-heçə və ya qələbə bizim üçün yaxşı nəticə olardı. Bundan sonra işimizi ev oyununda görməliyik”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ludoqorets" matçı saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi