"Qarabağ" "Ludoqorets"lə oyunların favoritidir. Bunu da meydanda götərəcək. "Qarabağ"la "Ludoqorets"lə bir-birinə bənzəyə bilər. Amma "Qarabağ"ın oyununda intizam və effektivlik var. Bu da nəticə qazanmağa kömək olur".
Bu sözləri Sportal.az saytına açıqlamasında Boyan İliç deyib. "Qarabağ"ın sabiq futbolçusu, hazırda isə futbol agenti kimi çalışan serbiyalı Ağdam təmsilçisinin bu gün ÇL-in üçüncü təsnifat mərhələsində "Ludoqorets"ə qarşı keçirəcəyi ilk oyundan gözləntilərini söyləyib. Bununla yanaşı, İliç Azərbaycan çempionunun yeni meydan oyunçu transfer etməməsinə münasibət bildirib:
"Transfer məsələlərini "Qarabağ"dakılar daha yaxşı bilər. Hazırda komandada yetərincə futbolçu var. Gedişatda isə necə olacağı bilinəcək. Baş məşqçi oyunçu sarıdan qarşıya yüksək hədəflər qoyur. Bu cür oyunçu tapmaq isə asan deyil. Ona görə də "Qarabağ" uğurlu nəticələr verir. Yaxşı oyun tapmaq heç vaxt asan deyil. "Qarabağ" və digərləri üçün də keçərlidir.
Ümidvaram ki, "Qarabağ" Çempionlar Liqasında qrup mərhələsinə düşəcək. "Ludoqorets" səddi keçilsə, "Dinamo"ya qarşı da çox maraqlı matçlar olacaq. Çox istəyərdim ki, "Qarabağ" və "Srvena Zvezda" qruplara düşsün. Ona görə də, yaxşı ki, onlar təsnifat mərhələlərində və pley-offlarda bir-birilə qarşılaşmır".
Bu gün keçiriləcək görüşə 20:00-da start veriləcək.
Mirbağırağa
saytlarin hazirlanmasi