“Qarabağ” klubunun prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Ludoqorets” klubuna Bakıdakı məğlubiyyəti (1:2) şərh edib.
Sportal.az saytına danışan klub prezidenti cavab görüşünə qələbə üçün çıxacaqlarını deyib:
"Ludoqorets”in qapıçısı çox yaxşı oynadı. Bizim sadəcə bəxtimiz gətirmədi. Onların qapıçısı komandasını xilas etdi. Bolqarıstan çempionu ilə oynadıq. Hələ heç nə həll olunmayıb. Bolqarıstanda komanda ilə birlikdə olacam. Bir az da üzərinə qoysaq, bu rəqibi keçəcəyik. Bizim məqsədimiz ancaq Çempionlar Liqasıdır. Biz ora qələbə üçün gedəcəyik".
Qeyd edək ki, “Qarabağ” avqustun 13-də Razqradda “Ludoqorets”lə cavab matçına çıxacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi