"Dinamo"nun (Zaqreb) baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin püşkatma mərasimindən sonra komandasının “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” cütünün qalibi ilə mümkün görüşünü şərh edib.
Sportal.az xəbər verir ki, “Sportske novosti”yə danışan xorvatiyalı mütəxəssis Ağdam təmsilçisi barədə bunları deyib:
"Düşünürəm ki, püşkatma maraqlı oldu. Bu rəqibləri az-çox tanıyırıq. “Ludoqorets” daha çox tanıyırıq. Çünki “Dinamo” artıq onlara qarşı oynayıb. Ötən mövsüm fantastik mövsüm keçirən, "Bayer"ə üzücü şəkildə məğlub olan "Qarabağ"ı da izləmişdim. Şübhəsiz ki, biz hər iki komandanı monitorinq edib təhlil edəcəyik. Yaxşı analizlə bizi gözləyən rəqibə qarşı yaxşı hazırlaşacağıq. Bizim ambisiyalarımız bəllidir, Çempionlar Liqasında oynamaq istəyirik. Məncə, hazırda şanslar 50/50-dir. İlk oyun evdə olacaq, burada üstünlük əldə etmək lazım gələcək. İlk oyunda biletin taleyi həll olunmayacaq".
saytlarin hazirlanmasi