"Qarabağ"ın futbolçusu İtaliya klubunun planlarını pozdu

14:18 - 8 Avqust 2024

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin 3-cü turunun Bakıda “Qarabağ” – “Ludoqorets”(1:2) oyununda zədələnən qonaq komandanın qanalı cinah futbolçusu Bernard Tekpetey İtaliyanın “Parma” klubuna keçməli imiş.

Sportal.az "TUTTO mercato WEB" portalına istinadən xəbər verir ki, hər iki klubun rəhbərliyi futbolçunun transferi üçün danışıqlar aparırdı.

Hətta onlar arasında razılıq da əldə edilmişdi. Amma Tekpeteyin aldığı ağır zədə bu keçidə mane olub.

İtalyanların qış "transfer pəncərəsi"ndə bu məsələyə qayıtması gözlənilir. Qanalı forvard ağdamlı müdafiəçi Kevin Medina ilə top uğrunda mübarizə zamanı sağ dizi hər iki tərəfdən sınıb.

26 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər "Ludoqorets"ə məxsusdur.

Xəbər xətti