Azərbaycanda uzun illər oynamış bolqarıstanlı futbolçulardan olmuş Petar Zlatinov Sportal.az saytına açıqlama verib.
Hazırda ÇSKA(Sofiya) klubunda məşqçi kimi çalışan bolqar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”lə görüşü haqda fikirlərini bildirib:
"İlk oyunda hesab “Ludoqorets”in xeyrinə yekunlaşdı. Amma hələ qarşıda cavab görüşü var. Futbolda hər şey baş verə bilər. Ona görə də, ilk oyundakı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın pley-off mərhələsinə adlamaq şansı qalıb. Ancaq bu asan olmayacaq. Çünki “Ludoqorets” evdə oynayacaq. Necə olacağını görəcəyik".
Zlatinov 2008-2013-cü illərdə “İnter”in formasını geyinib.
Mirbağırağa