Bolqarıstan mətbuatı "Qarabağ" haqda: "İtirəcəkləri bir şey yoxdur, revanş olacaq"

14:23 - 11 Avqust 2024

Bolqarıstan mətbuatı "Ludoqorets"in Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı Razqradda keçirəcəyi cavab oyunu haqda yazıb.

Sportal.az xəbər verir ki, "Матч Телеграф" Azərbaycan çempionunun Bolqarıstandakı görüşdə fərqli oynayacağını iddia edib:

"Çərşənbə axşamı revanş olacaq. Əmin olun ki, ilk görüşlə heç bir əlaqəsi olmayacaq. Qurban Qurbanovun son dərəcə təcrübəli və soyuqqanlı futbolçularının indi itirəcəkləri heç nə yoxdur və Razqrad meydanında sona qədər mübarizə aparacaqlar. Məlumat üçün bildirək ki, onlar bir neçə ay əvvəl Almaniya çempionu “Bayer”i (Leverkuzen) 90-cı dəqiqədə 2-1 hesabı ilə məğlub etmişdilər. Bernard Tekpeteyin zədəsini və Kayo Vidalın diskvalifikasiyasını da əlavə etsək, “Ludoqorets” cinahlarda gücünü itirmiş kimi görünür. Şübhəsiz ki, “qartallar”ın düşərgəsindəki hər kəs onları nə gözlədiyini anlayır və səfərdəki uğura baxmayaraq, şanslar 50/50 olaraq qalır. Cavab görüşləri çox çətin keçir və erkən qol Georgi Dermençiyevin hesablamalarını xeyli qarışdıracaq. Amma yəqin ki, o da buna hazırdır".

Qeyd edək ki, cavab görüşü avqustun 13-də keçiriləcək və oyuna 22:00-da start veriləcək.
 

Xəbər xətti