"Qarabağ" 1 milyon avroya qapıçı transfer edir

17:15 - 11 Avqust 2024

"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Polşanın "Stal" klubunda çıxış edən Mateuş Koçalskini transfer etmək istəyir. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir. Qeyd olunub ki, "Qarabağ" Koçalski üçün "Stal"a 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Stal" Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava "Legiya"sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti