"Qarabağ"ın istədiyi qolkiper Bakıya gəlir

13:49 - 12 Avqust 2024

“Qarabağ”ın transfer etməyə yaxın olduğu “Stal”ın (Mieleç) və Polşa millisinin qapıçısı Mateuş Koxalski bu həftə Azərbaycana gələcək.

Sportal.az “Meszyki.pl” portalına istinadən xəbər verir ki, 24 yaşlı qolkiper şəhər və klubun özündəki şəraitlə tanış olmaq üçün Bakıya təşrif buyuracaq.

Koxalski transferə razılıq verərsə, “Stal” rəhbərliyi artıq ağdamlılardan gələn təklifi qəbul etdiyi üçün sövdələşmənin tez başa çatacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın bu transfer üçün təxminən 1 milyon avro ödəyəcəyi bildirilirdi.

Koxalski karyerası ərzində "Legiya", "Radomiak" komandalarında oynadıqdan sonra 2022-ci ildə "Stal"a keçib. Onun hazırkı komandası ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti