Bolqarıstanın “Ludoqorets” klubunun yarımmüdafiəçisi Deroy Duarte Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün Razqradda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun – 2:1) haqda danışıb.
Sportal.az “sportal.bg” portalına istinadən xəbər verir ki, kabo-verdeli oyunçu komandasının qələbə qazanacağına inanır:
"Çətin oyun olacaq. Təbii ki, “Qarabağ” çox güclü komandadır. Lakin bizim doğma meydanımızda üstünlüyümüz olur. Bu rəqibi yenidən məğlub etmək üçün kifayət qədər keyfiyyətli heyətimiz var. Heç nə asan başa gəlmir və biz bunu çox yaxşı bilirik. Biz çox çalışdıq və özümüzə güvənirik".
Qeyd edək ki, “Ludoqorets” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.