"Qarabağ" qalib gəldi, Azərbaycan UEFA reytinqində İsveçə çatdı 

11:49 - 14 Avqust 2024

Dünən keçirilmiş avrokubok oyunları UEFA reytinqinə təsir edib. 

Sportal.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Ludoqorets” klubuna  qalib gələrək (7:2) 0,250 xal toplayıb. 

Azərbaycan beş il ərzində ümumilikdə 18.750 xala malikdir və UEFA reytinq siyahısında 25-ci yerdədir. 

İsveç eyni xalla (18,750) öndədir, Kipr (18,475) geridədir. Azərbaycan mövsümə 16 750 ilə başlayıb.

Xəbər xətti