"Ludoqorets"in baş məşqçisi "Qarabağ"la matç haqda: "Ağır məğlubiyyətdir"

11:17 - 14 Avqust 2024

Bolqarıstanın “Ludoqorets” komandasının baş məşqçisi Georgi Dermençiyev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a Razqradda məğlubiyyəti (2:7, ilk oyun – 2:1) şərh edib.

Sportal.az "sportal.bg" portalına istinadən xəbər verir ki, bolqarıstanlı mütəxəssis uğursuzluq haqda bunları deyib:

"Ağır məğlubiyyətdir. Çoxlu səhvlər etdik və bu, problemə çevrildi. Erkən qol buraxdıq. Belə matçları təhlil etmək çətindir. Sonda risk də böyük idi, ona görə də bu qədər qol vuruldu. Matç zamanı geri qayıtmağa çalışdıq, lakin sonra zəif oynadıq. Futbolçularım Avropa yarışlarında qalib olmaq ruhunu qazanmalıdırlar. Bu cür matçlardan öyrənməli olduğum çoxlu dərslər var. Təəssüf ki, fərqli nəticə vermədi, amma bu, reallıqdır".

Xəbər xətti