"Qarabağ"ın yeni transferi haqda danışdı: "Ötən mövsümü çox yaxşı səviyyədə keçirib"

15:12 - 15 Avqust 2024

"Qarabağ" "Stal"ın (Mieleç) klubundan Mateuş Koxalskinin transferini açıqlayıb.

Onunla bağlı Azərbaycanda çıxış etmiş azsaylı polşalı qolkiperlərdən olan Davit Piterzkeviç Sportal.az saytına açıqlamasında fikirlərini bildirib.

Hazırda Polşada uşaq qolkiper məktəbinin rəhbəri olan Piterzkeviç Ağdam klubunun transferini tərifləyib:

"Mən də bunu oxudum. Mateuş haqda yalnız xoş sözlər demək olar. Çünki o, həqiqətən də çox yaxşı qolkiperdir. Ötən sezonu çox yaxşı səviyyədə keçirib. Mateuşun istənilən komandaya xeyir verə biləcəyini, yaxşı qapıçı olduğunu dəqiq söyləmək mümkündür. Ümidvaram ki, “Qarabağ”da da belə olacaq".

"Legiya"nın yetirməsi olan Koxalski "Radomyak" klubunda da çıxış edib. Onun "Stal"la müqavilə müddəti  2025-ci il iyunun 30-na qədər idi. "Qarabağ" onunla 3+1 illik müqavilə imzalayıb.

Xəbər xətti