"Arsenal" milli üzvünü İtaliya klubuna satdı

11:10 - 16 Avqust 2024

İtaliyanın "Cenoa" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Arsenal"dan Bruk Norton-Kaffini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Cenoa" ingiltərəli sağ cinah müdafiəçisi üçün "topçular"a 2+2 milyon avro təzminat ödəyəcək. 20 yaşlı arxa xətt oyunçusu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Bruk Norton-Kaffi "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm icarə əsasında "Milluol"da çıxış edib.

Xəbər xətti