Abdullah Zubir: "Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır"

23:56 - 19 Avqust 2024

"Qarabağ"ın kapitanı Abdullah Zubir Çempionlar Liqası pley-off mərhələsinin "Dinamo" ilə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:

"Zaqrebdə olduğum üçün çox şadam. Oyuna hazırıq. İlk mərhələdən hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Sabah pley -offun ilk oyunudur. Əlimizdən gələni edəcəyik ki, şansdan yararlanaq".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xəbər xətti