Xorvatiya mətbuatı "Qarabağ"dan yazdı: "Betis”lə eyni səviyyədə deyillər, lakin bu komanda mütləq hörmətə layiqdir"

13:18 - 20 Avqust 2024

Xorvatiya mətbuatı Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Dinamo” - “Qarabağ” oyunundan yazıb. 

Sportal.az xəbər verir ki, "Sportske novosti" nəşri Ağdam klubuna ciddi yanaşmaq lazım gəldiyini qeyd edib:

“Qarabağ” və “Ludoqorets” arasında keçirilən hər iki matça (1:2, 7:2) baxdıqdan sonra belə təəssürat yaranır ki, “Dinamo” artırmalıdır. Onlar müdafiədə daha yaxşı və güclü olmalıdırlar. Necə ki, məsələn, “Betis”lə görüşlərdə belə olmuşdu. “Dinamo” müdafiədə səhvlərə yol verməməlidir. Topa inamla nəzarət etməlidirlər. “Dinamo” “Qarabağ”a əks-hücum şansı verməməlidir, rəqib bu işdə kifayət qədər bacarıqlıdır.

"Qarabağ” “Betis”lə eyni səviyyədə deyil. Amma bu komanda mütləq hörmətə layiqdir. Razqradda “Ludoqorets” üzərində qələbə qorxulu görünsə də, bu nəticə görülən 120 dəqiqənin əksi deyil. Çünki Bolqarıstan çempionu əlavə vaxtın üçüncü dəqiqəsində dördüncü qolu buraxdıqdan sonra dağıldı. Onlar irəli atıldı və daha üç qol buraxdı. 

Azərbaycan çempionuna mütləq ciddi yanaşmaq lazımdır. Onların hər şeyin ətrafında döndüyü iki oyunçu var. Bunlar hücumameyilli yarımmüdafiəçi Yassin Benzia və sol cinah oyunçusu Abdullah Zubirdir. Onlar daimi diqqət tələb edəcək əsl mütəxəssislərdir. "Dinamo” bunu bilir və inanırıq ki, heç bir sürpriz olmayacaq. Bu təhlükəli duet nəzarət altında olacaq".

Qeyd edək ki, “Dinamo” – “Qarabağ” oyunu bu gün “Maksimir”də keçiriləcək və oyuna 23:00-da start veriləcək.

Xəbər xətti