"Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" bu gün "Dinamo" ilə qarşılaşacaq. Zaqrebdəki görüşdən gözləntilərin nədir?
- İki maraqlı komandanın oyunu olacaq. Hər iki klub ÇL-də qruplara düşməyə iddialıdır. Baxmayaraq ki, "Dinamo"nun tərcübəsi daha çoxdur....Məncə, "Qarabağ" da yetərincə öz sözünü deyib, təcrübə toplayıb. Yaxşı baş məşqçiyə, yaxşı heyətə malikdir. Şanslar bərabərdir. Bizim dualarımız "Qarabağ"ladır. Arzulayırıq ki, bu komanda yenidən ÇL-də qruplara düşsün. Mənim vaxtımda bu sevinci yaşamışıq. İstəyirəm ki, bunu yenidən yaşasınlar. "Qarabağ" Azərbaycan futbolunun gözü, ürəyidir. Onlar ən yaxşısına layiqdir. Arzu edirəm ki, yenidən qruplara düşərlər.
- Demək olar ki, "Qarabağ"ın Bolqarıstandakı 7:2 hesablı qələbəsindən sonra "Dinamo" tərəfi Azərbaycan çempionuna daha ciddi yanaşacaq?
- Onlar onsuz da , "Qarabağ"ın necə komanda olduqlarını anlayırlar. Məncə, "Dinamo" tərəfi də bilir ki, "Qarabağ" çox təhlükəlidir, çox yaxşı hücum xətti var, komanda şəklində effektivdirlər. Necə biz istəyiriksə, onlar da ÇL-in qrupuna düşməyi istəyirlər. "Qarabağ"a qarşı onsuzda ciddi hazırlaşdıqlarını düşünürəm. Maraqlı oyunlar olacaq. "Bayer" kimi komanda "Qarabağ"dan ehtiyat edirdisə, niyə "Dinamo" etməsin? "Qarabağ" keyfiyyətli komandadır.
- Proqnozun necədir?
- Hansısa proqnoz verə bilmərəm. Şanslar bərabərdir. Ürəyimiz "Qarabağ"ladır. Arzulayırıq ki, onlar Bakıya sərfəli nəticə ilə qayıtsın. Allah qoysa, öz azarkeşlərimiz önündə gözəl oyunla qalib gəlib, ÇL-in qrupuna düşsün.
- Marko Veşoviç, Marko Yankoviç və Elvin Cəfərquliyevin bu oyunda oynamaq şansı çox deyil. Çünki hər üçü "Ludoqorets"lə cavab görüşündə zədələnmişdi...
- Üçü də "Qarabağ"ın keyfiyyətli oyunçularıdır. Olmaması böyük itkidir. "Ludoqorets"lə görüşdə meydana onların əvəzinə daxil olanlar keyfiyyətlərini göstərdilər. Ona görə də, inanıram ki, həmin oyununu davamını gətirəcəklər. Ancaq üzərinədə qoymalıdırlar. Çünki "Dinamo" "Ludoqorets"dən də keyfiyyətli komandadır. Ən yaxşı oyunlarını göstərməlidirlər ki, Marko Veşoviç və Marko Yankoviçin, Elvin Cəfərquliyevin əvəzini versinlər.
- "Qarabağ"ın "Dinamo" qarşısında ən böyük çətinliyi nə ola bilər?
- Böyük problem olmayacaq. Əsas odur ki, "Dinamo"nun böyük təcrübəsi var. Uzun illərdir ki, Xorvatiya çempionudur. İllərdir ki, qruplarda oynayıblar, yaxşı komandalara qarşı çıxış ediblər. Yaxşı futbolçular yetişdiriblər, yaxşı akademiyası var. "Qarabağ" da son illər inkişafdadır. İnanıram ki, komandamız ən yaxşı oyunlarından birini keçirəcək. Bir dəfə pley-off-da uduzublar. Məncə, bu dəfə şansı qaçırmayacaqlar. Dua edirəm ki, "Qarabağ" qruplara qalsın. Bilirəm ki, bütün azərbaycanlılar "Qarabağ"ın qələbəsini arzulayacaq. Mən də bu komandanın çörəyini yemişəm. Bu klubun üzərimdə əziyyəti çoxdur. Kənar adam da olsam, azərbaycanlıyamsa, "Qarabağ"ın uğurunu istəyərəm. "Qarabağ"ın futbolçuları, məşqçiləri, hamısı səmimi, keyfiyyətli insanlardır. Arzu edirəm ki, qruplara düşərlər .ÇL klublar üçün pik səviyyədədir. İstəyirəm ki, "Qarabağ" bunu yenə yaşasın.
Mirbağırağa
saytlarin hazirlanmasi