"Dinamo"nun xorvatiyalı yarımmüdafiəçisi Petar Suçiç Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqrebdə "Qarabağ" üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Sportal.az “Sportske Novosti”yə istinadən xəbər verir ki, Suçiç dünəki oyunla bağlı bunları deyib:
"Bu oyunda göstərdikləri fədakarlıq və səy üçün komanda yoldaşlarıma təşəkkür edirəm. "Qarabağ"ın güclü rəqib olduğunu və Zaqrebə uğurlu nəticə üçün gələcəyini bilirdik. Ona görə də bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Bununla belə, planımız reallaşdı və böyük üstünlük əldə etdik. Amma biz onu da başa düşürük ki, hələ heç nə həll olunmayıb".
saytlarin hazirlanmasi