Fabian Buntiç: "Xarakter göstərməliyik"

20:22 - 21 Avqust 2024

"Qarabağ"ın qapıçısı Fabian Buntiç Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya(3:0) qarşı Zaqrebdə keçirilmiş ilk oyunundan danışıb.

Sportal.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən xorvatiyalı qolkiper səfərdəki məğlubiyyəti şərh edib:

"Güclü rəqibə qarşı mübarizə apardıq. Oyun çətin keçdi. "Dinamo" düşən fürsətlərdən maksimum yararlandı. Biz isə vacib məqamlarda düzgün qərarlar verə bilmədik. Qarşıda bizi cavab oyunu gözləyir. Xarakter göstərməliyik. İnanıram ki, lazımı nəticəni əldə edəcəyik".

Buntiç əsas heyətdə qalıb-qalmayacağına baş məşqçinin qərar verəcəyini söyləyib: "Əsas heyətdə nə qədər meydana çıxacam? Bu barədə fikrim yoxdur. Çünki baş məşqçi hansı qərarı qəbul etsə, razılaşacam".

Qeyd edək ki, "Qarabağ"ın "Dinamo"ya qarşı keçirəcəyi cavab oyunu avqustun 28-də Tofiq Bəhramov stadionunda baş tutacaq.

Xəbər xətti