Xorvatiyalı mütəxəssisi Tomislav İvkoviç Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin ilk oyununda “Dinamo”nun “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib.
Sportal.az xəbər verir ki, Xorvatiyanın "Index.hr" portalına danışan 64 yaşlı sabiq "Dinamo"lu Ağdam klubunun performansını da dəyərləndirib:
"Bu matça baxmayan, ancaq nəticəsini görən insanlar deyirlər ki, 3:0 məntiqli nəticədir, çünki rəqib az tanınan “Qarabağ”dır. Amma onların heyətində nə qədər braziliyalının olduğunu, Fransa liqasında çıxış edənlərin olduğunu gördük. “Qarabağ”ın necə oynadığını və bu görüşün nə qədər çətin olduğunu gördük. Bununla belə, sonda hər şey eyforiyadan qələbəni qeyd etməyə qədər getdi. "Dinamo" oyunun böyük hissəsini dözdü. Amma “Real”(Madrid) və digər komandalar müsbət nəticə əldə etmək istəyəndə dözürlər".
Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 28-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.
saytlarin hazirlanmasi