"Qarabağ"ın "Dinamo"ya 0:3 hesabı ilə uduzması gözlənilməz oldu. Halbuki "Qarabağ" daha yaxşısına layiq idi. Əksinə, rəqibini böyük hesabla udmalı idi. "Qarabağ"da hansısa yorğunluq görmədim. Sadəcə bir deyim var, həmin günü futbolçuların bəxtsizliyi var idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Elvin Məmmədov deyib.
O, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya (3:0) qarşı Zaqrebdə keçirdiyi ilk oyunu dəyərləndirib:
"Qarabağ" "Dinamo"nu daha yaxşı analiz etmişdi. Problem bizim qol epizodlarını vura bilməməyimiz idi. Oradakı oyunu Bakıda da oynasaq, qol epizodları eynisi olarsa, böyük hesabla qalib gəlib qrupa düşə bilərik. Bakıda azarkeş amili də var. Niyə də olmasın? "Dinamo" eyni cür oynasa, "Qarabağ" Bakıda ona qalib gələcək.
Məncə, Bruno Petkoviç və Baturinanın oyunu müdafiəçilərimizin oyununa təsir göstərdi. İkinci qoldan sonra isə müdafiədə daha çox səhvlərə etməyə başladıq. Qol epizodlarını vursaydıq, müdafiəçilərimizə də o qədər güc düşməyəcəkdi".
Mirbağırağa
saytlarin hazirlanmasi