"Börnli"nin yarımmüdafiəçisi Sander Berqe İngiltərədə klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in transfer siyahısında yer alan 26 yaşlı futbolçu "Fulhem"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Fulhem" norveçli orta xətt oyunçusu üçün Çempionşip təmsilçisinə 20+5 milyon funt-sterlinq təzminat ödəyəcək. 26 yaşlı futbolçu London klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Sander Berqe ötən ilin yayından "Börnli"də çıxış edirdi. Norveç millisinin üzvü ötən mövsüm komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi