"Qarabağ" ilk yarıda bir-iki qol vursa, özləri eyforiyaya, "Dinamo" isə panikaya düşə bilər"

14:49 - 23 Avqust 2024

Xorvatiyanın “Dinamo” klubunun sabiq baş məşqçisi, bosniyalı mütəxəssis Vahid Halilociç Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqreb klubunun “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib.

Sportal.az xəbər verir ki, “Vecernji.hr” portalına danışan təcrübəli mütəxəssis cavab oyunu haqda bunları deyib:

"3:0 əla nəticədir. Amma etiraf etməliyik ki, rəqibin də qol vurmaq üçün 3-4 əla fürsəti var idi. Lakin “Qarabağ” bundan istifadə edə bilmədi. Cavab oyunu öncəsi 3:0 böyük üstünlükdür. İnanıram ki, bu nəticə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa kifayət edəcək. “Qarabağ” yaxşı komandadır, topa əla nəzarət edir, çox texniki və sürətlidir. İlk oyunda bir az risk etdilər, “Dinamo” bundan məharətlə yararlandı. Xorvatiya çempionu bu üstünlüyü əldən verməməlidir. Baxmayaraq ki, “Qarabağ” cavab matçının ilk hissəsində bir-iki qol vurarsa, çətin olacaq. Belə olan halda onlar eyforiyaya, “Dinamo” isə panikaya düşə bilər. Amma inanıram ki, “Dinamo” keçəcək və biz onları Çempionlar Liqasında görəcəyik".

Komandalar arasında cavab oyunu avqustun 28-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq.

Xəbər xətti