“Ludoqorets”in yarımmüdafiəçisi Todor Nedelev Çempionlar Liqasının təsnifat mərhələsinin üçüncü turunun ikinci oyununda “Qarabağ”a Razqraddakı məğlubiyyətdən (2:7, ilk oyun 2:1) sonra komandanın durumu haqda danışıb.
Sportal.az “gong.bg” portalına istinadən xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi həmin durumla bağlı bunları deyib:
"Çempionlar Liqasında “Qarabağ”a ağır məğlubiyyətdən sonra hər şey yaxşıya doğru gedir. Həmin görüşdən sonra gücümüzü toplaya bildik və ardıcıl üç oyunda qalib gəldik. Eyni ruhda davam etməliyik".
Qeyd edək ki, “Ludoqorets” Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə “Petrokub”a 4:0 qalib gəlib.
saytlarin hazirlanmasi