"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Çempionlar Liqası pley-off mərhələsinin "Dinamo" ilə cavab matçında oynaya biləcək.
Sportal.az xəbər verir ki, passivində 3 sarı vərəqə olan braziliyalı futbolçu yeni qaydalara əsasən Zaqreb təmsilçisi ilə oyunda iştirak edə bilər.
UEFA-nın bu ildən tədbiq etdiyi yeniliklərə görə iki təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən biri silinir. Bu isə o deməkdir ki, hazırda Julio Romanonun 2 sarı vərəqəsi var.
Qeyd edək ki, "Qarabağ" Xorvatiyada keçirilən ilk matçda "Dinamo"ya 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab görüşü isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi