Sergey Yakiroviç: “Qarabağ”ın hücumu müdafiəsindən qat-qat güclüdür, bu da bizim üçün şansdır"

09:34 - 27 Avqust 2024

"Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç Xorvatiya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “24sata” müsahibə verən mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun - 3:0) haqda fikirlərini bölüşüb.

"Bizi çətin şəraitdə çətin oyun gözləyir. Rütubət çox yüksəkdir, çox çətin olacaq, amma biz Çempionlar Liqasını təmin etmək üçün bütün gücümüzü sərf etməliyik. “Qarabağ” ciddi olan, Azərbaycanın sadə komandası olmadığını göstərmiş klubdur. İlk matçın bəzi məqamlarında bəxtimiz gətirdi. Müdafiədə daha stabil olmalıyıq və irəliləmək niyyətimizi açıq şəkildə göstərməliyik. Çünki “Qarabağ” ilk dəqiqədən pressinq edəcək".

- Fran Tudor qeyd edib ki, “Rakuv”lu futbolçular “Qarabağ”la səfər oyununa daha yaxşı hazırlaşmaq üçün kokos suyu içiblər. “Dinamo” üzvləri necə, Azərbaycanın çətin şəraitinə daha yaxşı uyğunlaşması üçün kokos suyu içəcəklər?

Biz kokos suyundan istifadə etmədik. Ancaq bunun təsir göstərməsi üçün getmədən çox əvvəl bunu etməyə başlamalısınız. Ona görə də etmədik. Bakıdakı temperatur Zaqrebdəkindən beş-on dərəcə yüksəkdir.

- Bu matça hansısa xüsusi şəkildə hazırlaşmısınız?

Xeyr, hər zaman olduğu kimi hazırlaşdıq. Əvvəlki matçı əsas götürdük və ən vacibi də budur. Komandamızın onları meydanda hiss etməsi daha yaxşıdır. “Qarabağ”ın hücumu müdafiəsindən qat-qat güclüdür. Bu bizim şansımızdır. Çox risk etsələr, əks-hücumlarda onları cəzalandıra bilərik.

Xəbər xətti