"Dinamo"nun xorvatiyalı yarımmüdafiəçisi Martin Baturina Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin “Qarabağ”la Bakıda keçiriləcək cavab oyunu (ilk oyun – 3:0) ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “24sata”ya danışan xorvatiyalı futbolçu Ağdam klubuna qarşı keçiriləcək oyun haqda bunları deyib:
"Qarabağ" çox yaxşı komandadır və bəlkə də ilk oyunun nəticəsi tam ədalətli deyil. Şadam ki, şanslarımızdan istifadə etdik. Mən də qol vura bilərdim. Nevistic bizə kömək etmək üçün əla iş gördü və ümid edirəm ki, qələbəmizi möhkəmləndirib, davam edə biləcəyik. Qolu kimin vurması bizi maraqlandırmır. Biz sadəcə matçlarda qalib gəlmək istəyirik".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı sabah Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 20:45-də start veriləcək.
saytlarin hazirlanmasi