"Ferentsvaroş"un futbolçusu Ovusu Kvabenanın Macarıstan klubundan ayrılmaq istəyərək "Qarabağ"a qayıtmaq niyyətində olması haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, qanalı futbolçunun oradan ayrılmaq istədiyini bildikdən sonra ona Premyer Liqa klublarımızdan maraq çoxalıb.
Ovusu özü isə yalnız "Qarabağ"da oynamaq niyyətindədir. O, hətta menecerinə də Ağdam klubunda oynamağa üstünlük verəcəyini deyib.
Lakin "Qarabağ"ın onu geri qaytarmaq niyyətində olub-olmadığı isə bəlli deyil.
Azərbaycanın iki klubu isə yüksək maliyyə təklifi irəli sürərək Ovusunun diqqətini cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Kvabena 2020-2023-cü illərdə "Qarabağ"da oynayıb. Onun "Ferentsvaroş"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi